11:22 - 19.11.2019
19 noyabr, Fineko/abc.az. Azərbaycanda bankların kredit portfeli təhlil olunub.
ABC.AZ xəbər verir ki, təhlil nəticəsində məlum olub ki, AFB Bank ölkədə ən çox biznes kreditləri verən banklar sırasında 2-ci pilləyə yüksəlib.
Adıçəkilən bankın ümumi kredit portfelinin 50%-dan çox hissəsi biznes kreditlərindədir. Bu göstərici ilə AFB 17 bankdan biridir. Bankın kredit portfelinin 76,48%-ni biznes kreditləri təşkil edir.
Qeyd edək ki, adıçəkilən banka lisenziya 2008-ci il noyabrın 28-də Mərkəzi Bankı tərəfindən verilib və 2009-cu ilin 16 fevralından etibarən fəaliyyətə başlayıb.
Müəllif: Elmir Murad
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026