10:15 - 14.11.2019
14 noyabr, Fineko/abc.az. Azərbaycanın Azeri LT CIF markalı nefti $0,11 (0,16%) azalaraq bir barelə $67,43 təşkil edib.
Neftin etalon markalarının qiymətləri çərşənbə günü yüksəldikdən sonra cümə axşamı günü artmaqda davam edir.
Noyabrın 13-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in yanvar fyuçersi $0,31 (0,5%) artaraq bir barelə $62,37 təşkil etmişdir.
Saat 9:25-də Brent markalı neftin yanvar fyuçersi $0,36 (0,58%) artaraq bir barelə $62,73 təşkil edib.
NYMEX birjasında noyabrın 13-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,32 (0,56%) artaraq bir barelə $57,12 təşkil etmişdir.
WTI markalı neftin yanvar fyuçersi saat 9:25-də $0,40 (0,7%) artaraq bir barelə $57,52 təşkil etmişdir.
8 Avqust 2026
8 Avqust 2026