09:48 - 6.11.2019
6 noyabr, Fineko/abc.az. Bank sektorunun yaxşılaşdırılması, maliyyə savadlılığının artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
Bunu IV Beynəlxalq bankçılıq Forumu - Nağdsız iqtisadiyyat: Dayanıqlı Bankçılığa Doğru" tədbirində Mərkəzi Bankın sədr müavini Alim Quliyev bildirib.
Rəqəmsallaşmadan da danışan sədr müavini yeni layihə olan tələbə smart kartına toxunub.
Layihənin əhəmiyyətindən danışan A.Quliyev kartın tələbələrin beynəlxalq maliyyə aləminə çıxış yaratdığını bildirib və Mərkəzi Bankın digər proyektlərinə də toxunub:"Bununla bağlı geniş işlərə başlamışıq. Bu kartlar yalnız tələbələr üçün deyil, həm də orta məktəb şagirdləri üçün də tətbiq olunacaq. Biz bununla orta məktəblərdə də şagirdlərin maliyyə aləminə az yaşlarından etibarən qatılmasına imkan yaradacaq. Həmçinin Mərkəzi Bank Master Card təşkikatı ilə nağdsız Azərbaycan layihəsini uğurla davam etdirir və bununla bağlı işləri intensivləşdirməyə”.
Müəllif: Elmir Murad
22 Avqust 2026
21 Avqust 2026
21 Avqust 2026