Depozitlər və kreditlər arasındakın fərqin çoxluğuna AYDINLIQ GƏTİRİLDİ

14:53 - 25.10.2019


25 oktyabr, Fineko/abc.az. Bankların qəbul etdiyi depozitlərlə, verdiyi kreditlərin illik faiz dərəcələri arasında kəskin fərq girovlarla bağlı rikslərdən qaynaqlanır.

ABC.AZ xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Banklar həmin riskləri kredit faizlərinin üzərinə gəlir deyən E.Rüstəmov qeyd edib ki, ölkədə biznes kreditlərinin ucuzlaşıb. “Bu ilin əvvəlindən iş adamlarına verilən kreditlərin illik faiz dərəcəsinin 16,2%-dən 11,1%-ə düşüb” deyə baş bankir bildirib.

Müəllif: Elmir Murad