17:01 - 24.10.2019
24 oktyabr, Fineko/abc.az. Kriptovalyuta bazarında elektron pulların qiymətlərinin əksəriyyəti ucuzlaşıb.
ABC.AZ xəbər verir ki, daha çox populyar olan 6 elektron puldan yalnız biri bahalaşa bilib. 1 faizə yaxın bahalaşan Tron-a maraq daha da çoxalıb. Digərlər 5 elektron pul isə xeyli ucuzlaşaraq dəyər itiriblər. Ekspertlər hesab edir ki, kriptovalyutaların dəyər itirməsi onlara marağın get-gedə azalmasından qaynaqlanır.
Kriptovalyuta bazarındakı qiymətlərə təqdim etdiyimiz cədvəldən tanış ola bilərsiniz.
| Kriptovalyuta | Qiyməti | Artıb-azalması |
| Bitcoin | $7 496,10 | -4,36% |
| Ethereum | $162,60 | -1,63% |
| Bitcoin Cash | $212,13 | -1,98% |
| Tether | $0,984438 | -2,29% |
| TRON | $0,014794 | 0,76% |
| Bitcoin SV | $98,98 | -0,76% |