15:38 - 24.10.2019
24 oktyabr, Fineko/abc.az. Bank sektorunda bu ilin sentyabr ayına məcmu kapital 4 milyon 236 min manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 17.0% çoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının cari ilin 30 sentyabra qədər olan dövr üçün açıqladığı bank sektoruna dair hesabatda qeyd edilib.
Belə ki, sözügedən dövrdə balans kapitalı ilin əvvəlindən 15.1% artaraq 4 milyon 688 min manat təşkil etib. Həmçinin qeyd olunan dövrdə bank sektoru 645 milyon 7 min manat əməliyyat mənfəəti generasiya edib. Sektorun xalis mənfəəti isə 522 milyon 7 min manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.6%, kreditlər üzrə faiz gəlirləri isə 14.4% artıb.
Müəllif: Elmir Murad