16:04 - 16.10.2019
16 oktyabr, Fineko/abc.az. “Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ilin 9 ayının maliyyə göstəricilərini açıqlayıb.
ABC.AZ xəbər verir ki, hesabata əsasən adıçəkilən bank sözügedən dövrdə 6 milyon 646 min manat xalis mənfəətlə başa vurub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövrünə nisbətən bankın xalis mənfəəti 41,2% artıb. Belə ki, sözügedən bank ötən ilin eyni dövrünü 4 milyon 705 min manat xalis mənfəət ilə başa vurmuşdu. Hesabatda qeyd olunur ki, 2019-cu ilin yanvar-sentyabr dövründə “Azərbaycan Sənaye Bankı”nın cəmi gəlirləri 28 milyon 805 min manat, cəmi xərcləri isə 20 milyon 125 min manat olub. Nəticədə Bankın 8 milyon 680 min manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətində 356 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb, 1 milyon 678 min manat mənfəət vergisi ödənilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə bankın cəmi gəlirləri 23 milyon 445 min manat, cəmi xərcləri 18 milyon 366 min manat, əməliyyat mənfəəti 5 milyon 79 min manat olmuşdu. Beləliklə, "Azərbaycan Sənaye Bankı"nın cəmi gəlirləri və əməliyyat mənfəəti artıb.
Müəllif: Elmir Murad
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026