16:12 - 14.10.2019
14 oktyabr, Fineko/abc.az. Son 1 ildə İran Milli Bankının Bakı filialının kredit portfeli 21,4% böyüyüb.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat İran Milli Bankının bu ilin yanvar-sentyabr ayları üçün açıqladığı maliyyə gösətricilərində qeyd olunub.
Hesabatda qeyd olunur ki, sözügedən dövrdə həmçinin İran bankının öhdəlikləri 30,6% artaraq 55,754 milyon manata çatıb. Öhdəlikləri artan bankın depozit portfeli isə 39,7% azalaraq 5,236 milyon manata düşüb. Azalan təkcə depozit protfeli olmayıb, bəhs olunan dövrdə bankın balans kapitalı da 52,1% azalaraq 33,835 milyon manat təşkil edib.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.
Müəllif: Elmir Murad