10:43 - 25.09.2019
25 sentyabr, Fineko/abc.az. Bankların əksəriyyəti problemli kreditlərin həqiqi həcmini gizlədirdi.
Bunu ABC.AZ saytına açıqlamasında bank sektoru üzrə ekspert Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, böhrandan sonra indi banklar yavaş-yavaş problemli kreditlırin əsl həcmini açıqlamağa məcbur qalıblar. Ekspert deyir ki, dəfələrlə beynəlxalq reytinq agentlikləri problemli kreditlərin həcminin bankların açıqladığı rəqəmlərdən xeyli çox olduğunu bildiriblər: “Son illərdə də verilən kreditlərin bir qismi də problemli olub və bu tendensiyanın davam edəcəyi gözlənilir. Bunun anonsu da verilib. Niyə belə əminliklə deyirəm?. Böhrandan əvvəl xeyli problemli kreditlər ona görə yaranmışdı ki, banklar bir-biri ilə “kim daha çox kredit verdi” rəqəbətinə girmişdi. Ona görə ki, bankların bəzi kredit mencerləri verilən kreditin həcminə əsasən, mükafat alırdılar. Kimə necə gəldi kredit veridilər. Xüsusən də əhaliyə. Böhrandan sonra 2016-cı ildə Mərkəzi Bank qaydalara dəyişiklik etdi. Sözgüedən bonusları məhdudlaşdırdı. Koorporativ standartları idarəetmə adlı sənəddə mükafatı hansı həcmdə verməyin mümkün olduğunu göstərdi. Amma Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) bir, iki ay bundan əvvəl həmin qaydaları yenidən qəbul edib və tələbləri yumşaldıb. Deməli yenə də bank rəhbərləri bir-biri ilə kim çox kredit verdi, bonus qazandı rəqabətinə girəcəklər. Təəssüf ki, indi Palata buna şərait yaratmış olur”.
Müəllif: Elmir Murad
18 Avqust 2026