14:48 - 15.08.2019
15 avqust, Fineko/abc.az. 2019-cu ilin birinci yarısımilinin yekunları göstəririr ki, bank sektorunda müqayisəli şəkildə inkişaf qeydə alınıb.
Bunu iqtisadçı-ekspert Vüqar Bayramlı ABC.AZ saytına özəl açıqlamasında sözügedən dövr üçün bank sektorunu qiymətləndirərkən bildirib.
Onun sözlərinə görə, bu bank sektorunda kredit portfelinin artımında və problemli kreditlərin azalmasında özünü göstərir. Bank sektorunda aktivlərdə də dəyişikliklərin olduğunu deyən ekspert hesab edir ki, buna baxmayaraq hələ də bu sahədə islahatlar davam etdirilməlidir: “Yarım ilin yekunları göstərir ki, bank sektorunda həyata keçirilən tədbirlər kifayət qədər çoxdur. Amma bir tərəfdən də problemli kreditlərin həcmində azalma olsa belə yenə iki rəqəmli həddədir. Eyni zamanda kredit protfelində artımlar müşahidə olunsa da, belə artımlar daha çox istehlak kreditinin genişlənməsi hesabına baş verir. Azərbaycanda istehlak kreditləri kredit portfelinin 43 %-ni təşkil edir. Xüsusən də nəzərə almaq lazımdır ki, real sektora yönəldilən kreditlərin həcmində azalmalar var idi. Kənd təsərrüfatı, sənaye və emal sektoru ilə birlikdə ümumi kredit portfelinin 10 %-ni belə etmir və bir rəqəmli həddədir. 9,5 %-i bu istiqamətə yönəlib. Bununla yanaşı bu ondan xəbər verir ki, tendensiya bütövlükdə müsbətdir. Amma banklarda, həm kredit strukturlarında, həm də toksid aktivlərin həcminin azaldılmasında, aktivlərin yerləşdirilməsində islahatların davam etidirlməsi vacibdir. Bu istiqamətdə işlərin sürətləndirilməsinə ehtiyac var. Və nəticə etibarı ilə bank sektorunun dayanıqlı inkişafı üçün bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi çox vacibdir.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026