Daha bir BOKT-un maliyyə vəziyyəti açıqlanıb

14:22 - 7.08.2019


7 avqust, Fineko/abc.az. “İnkişaf üçün Maliyyə” BOKT-un maliyyə vəziyyəti açıqlanıb.

Belə ki,adıçəkilən təşkilatın 2018-ci ilə olan hesabatına əsasən BOKT ötən ili 1 mln 494 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2017-ci ildəkindən 5 dəfədən də çoxdur.

Bununla yanaşı BOKT-un aktivləri 2017-ci illə müqayisədə 2018-ci ildə 20.61% azalaraq 4 mln 382 min manat , öhdəlikləri isə 50.59% azalaraq 2 mln 569 min manat təşkil edib. Həmçinin 2017-ci illə müqayisədə 2018-ci ildə BOKT-un kredit portfeli 28,7% kiçilib.

BOKT - un xalis faiz gəlirləri 2017-ci illə müqayisədə 28,40% azalaraq 1 mln 411 min manat təşkil edib.