10:19 - 2.08.2019
2 avqust, Fineko/abc.az. Azərbaycanın “Azeri Light” markalı nefti 1,35 dollar (2%) düşüb və bir barelə 66,09 dollar təşkil edib.
Cümə axşamı günü qeyd edilən, son dörd ildə ən güclü çöküşdən sonra, cümə günü ticarət sessiyasında neftin etalon markalarının qiymətləri yüksəlir.
Avqustun 1-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi 4,55 dollar (6,99%) aşağı yuvarlanaraq bir barelə 60,50 dollar təşkil etmişdir.
Cümə günü “Brent” markalı neftin oktyabr fyuçersi saat 9:20-də 1,45 dollar (2,4%) yüksələrək 61,95 dollar /barelə təşkil edib.
NYMEX birjasında avqustun 1-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi 4,63 dollar (7,9%) düşərək bir barelə $53,95 təşkil etmişdir.
“WTI” markalı neftin sentyabr fyuçersi cümə günü saat 9:20-də 1,04 dollar (1,93%) sıçrayışla qalxıb 54,99 dollar / barelə təşkil etmişdir.