10:25 - 20.06.2019
20 iyun, Fineko/abc.az. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iclaslarının vaxtı dəyişdirilib.
Bu barədə OPEC məlumat yayıb.
Məlumatda qeyd edilirki, iyunun 25-26-da keçirilməsi nəzərdə tutulan OPEC Nazirlər Şurasının 176-cı iclası, eləcə də OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşü iyulun 1-2-nə keçirilib. Həmçinin “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası iyulun 1-də təşkil ediləcək.
Qeyd edilir ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulub.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026