16:13 - 18.06.2019
18 iyun, Fineko/abc.az. Cari ilin yanvar-may aylarında Azərbaycandan 14 milyon 58 min 382 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib.
Beş ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 6 milyard 721 milyon 580 min dollar olub.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Xatırladaq ki, ötən ilin ilk 5 ayında ölkədən 11 milyon 779 min 766 ton xam neft ixrac olunmuş, ixrac edilən neftin dəyəri 5 milyard 921 milyon 818 min dollar təşkil etmişdi.