12:33 - 4.08.2026
4 avqust, Fineko/abc.az. Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" ABŞ-İran münaqişəsinin neft qiymətlərini yüksəltməsi nəticəsində ikinci rübdə mənfəətini 33% artırdıqlarını açıqlayıb. Hürmüz boğazını yan keçən strateji boru kəmərləri vasitəsilə ixracı davam etdirən şirkət rübü böyük maliyyə uğuru ilə başa vurub.
Açıqlanan hesabata əsasən, dəqiqləşdirilmiş xalis mənfəət keçən ilin müvafiq dövründəki 25,2 milyard dollardan 33,4 milyard dollara yüksəlib. Bu göstərici analitiklərin 31,1 milyard dollarlıq orta proqnozunu üstələyib.
"Saudi Aramco"nun İcraçı Direktoru (CEO) Amin Nasser bildirib ki, müharibə şəraitində sabit fəaliyyəti Şərq-Qərb boru kəməri, geniş depolama imkanları və terminal infrastrukturu təmin edib. Şirkət iyul ayındakı hücumların kritik altyapıya təsirini qiymətləndirməyə davam etsə də, əməliyyatların ümumi gedişatına ciddi mənfi təsir göstərmədiyini qeyd edib.
Neftin bir barelini orta hesabla 108,10 dollara satan "Aramco" dizel və reaktiv yanacaq marjalarının yüksək qalmasından da əlavə gəlir əldə edib.
4 Avqust 2026
4 Avqust 2026