12:32 - 7.06.2019
7 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.
AMB-in məlumatına görə, depozit hərracı iyunun 10-da keçiriləcək.
“Hərrac vasitəsilə 6,51% - 8,49% dərəcə ilə 150 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - AMB-in məlumatında belə deyilir.
İyunun 3-də keçirilmiş daha əvvəlki hərracda AMB faiz dəhlizi 6,76% - 8,74 təşkil edən 100 milyon manat həcmində vəsait cəlb etmişdir.
Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.
14 Avqust 2026