21:23 - 20.08.2026
20 avqust, Fineko/abc.az. Enerji daşıyıcılarının bahalaşması və zəif yen məzənnəsi fonunda Yaponiyanın xarici ticarət dövriyyəsində rekord göstəricilər qeydə alınıb. İyul ayında ölkənin idxalı illik müqayisədə 27,8% artaraq 12,1 trilyon yenə (76,39 milyard dollar) yüksəlib. Ham neft idxalının ümumi dəyəri isə yüksək qiymətlər və ABŞ-dan tədarükün payının artması səbəbindən 87,8% kəskin artım göstərib.
Eyni dövrdə Yaponiyanın ixracı da süni intellekt və verilənlər mərkəzləri (data center) seqmentində yarımkeçiricilərə olan güclü tələbat sayəsində 23,2% artaraq 11,5 trilyon yenə çatıb. Yenin ucuzlaşması yapon məhsullarının xarici bazarlarda rəqabətqabiliyyətini artırsa da, Yaxın Şərqdəki gərginlik fonunda alternativalara yönəlmə enerji idxalı xərclərini əhəmiyyətli dərəcədə yüksəldib.
21 Avqust 2026
19 Avqust 2026