09:47 - 21.08.2026
21 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta bazarında nəzarət tədbirləri çərçivəsində 4 vasitəçinin lisenziyasını ləğv edib.
"Sığorta fəaliyyəti haqqında" Qanunun 107.1.2-ci maddəsinə əsasən, lisenziya sahiblərinin fəaliyyətində aşkar olunmuş çatışmazlıqları müəyyən edilmiş müddətdə aradan qaldırmadıqları nəzərə alınıb. Bu səbəbdən 1 hüquqi şəxs olan sığorta brokerinin ("Sizin Sığorta Brokeri" MMC), 1 fiziki şəxs olan sığorta brokerinin və 2 fiziki şəxs olan sığorta agentinin sığorta vasitəçiliyi fəaliyyəti üçün verilmiş lisenziyaları ləğv olunub.
21 Avqust 2026
21 Avqust 2026