16:20 - 19.08.2026
19 avqust, Fineko/abc.az. Bu gün Rusiyadan gələn 1820 ton çəkidə 26 vaqonluq buğda qatarı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq. Buğda yükü Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Həmçinin indiyədək Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 min ton oduncaq daşınıb.
Paralel olaraq, Azərbaycandan Ermənistana birbaşa olaraq 15 min tona yaxın dizel yanacağı, eləcə də Aİ-92 və Aİ-95 markalı 5 min tona yaxın benzin ixrac edilib.
21 Avqust 2026
19 Avqust 2026