Azərbaycanın xarici ticarət dövriyyəsi 9,1% artaraq 26 milyard dolları ötüb

09:29 - 11.08.2026


11 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% artaraq 26 milyard 54,2 milyon dollar təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ixracın dəyəri 43,2% artaraq 17 milyard 713,1 milyon dollara çatıb.

O cümlədən, qeyri-neft-qaz ixracının həcmi 3,2 dəfə artaraq 5 milyard 548,4 milyon dollar olub. İlkin 6 ay ərzində idxalın dəyəri isə 27,6% azalaraq 8 milyard 341,1 milyon dollar təşkil edib.