Neftin bahalaşması və inflyasiya gözləntiləri Wall Street və Asiya bazarlarını təsirinə alıb

12:33 - 11.08.2026


11 avqust, Fineko/abc.az. Neft qiymətlərinin yüksəlməsi bazar ertəsi "Wall Street" birjalarında dalğalanmaya səbəb olub, ABŞ dövlət istiqrazlarının gəlirliliyi isə artıb. Səhmlərin əksəriyyətinin dəyər itirdiyi "S&P 500" ilə yanaşı "Nasdaq 100" indeksi 0,3% geriləyib.

Hörmüz boğazının açılması üzrə danışıqların nəticəsiz qalması "Brent" neftini bahalaşdıraraq enerji xərclərini artırıb. Bu durum, zəifləyən əmək bazarına baxmayaraq, ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il faiz dərəcələrini artırmaq məcburiyyətində qalacağı ilə bağlı narahatlıqları yenidən alovlandırıb. investorlar həmçinin çərşənbə günü açıqlanacaq ABŞ inflyasiya göstəriciləri  öncəsində səbrli davranırlar.

Əsas bazar göstəriciləri:

  • Qızıl: Qiymətlər üst-üstə yüksələrək unsiya üçün 4 400 dolları keçib və son iki ayın zirvəsinə çatıb.

  • İstiqrazlar: ABŞ-da 10 illik istiqrazların gəlirliliyi 6 baz bəndi artaraq 4,71%-ə yüksəlib. Bu dinamika Avstraliya və Yeni Zelandiya istiqrazlarının da dəyər itirməsinə gətirib çıxarıb.

  • Səhmlər: "Nvidia" böyük banklarla 500 milyard dollarlıq süni intellekt maliyyə paketi üzərində işləməsi xəbərlərindən sonra dəyər itirib. Həmçinin MSCI Asiya-Sakit Okean indeksi 0,5% artım göstərib.