15:55 - 11.08.2026
11 avqust, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp "Real America's Voice" proqramına verdiyi müsahibədə xarici siyasət və gündəmdə olan əsas məsələləri dəyərləndirib.
İranlı rəsmiləri "çətin danışıqlar aparan tərəf" adlandıran Tramp, Vaşinqtonun Tehran istiqamətində üç müxtəlif yol izləyə biləcəyini vurğulayıb: müzakirələr çərçivəsində təzyiqi davam etdirmək, hücumları kəskin şəkildə artırmaq və ya iqtisadi sanksiyaları daha da sərtləşdirmək. İran iqtisadiyyatının ağır vəziyyətdə olduğunu bildirən dövlət başçısı ölkədə inflyasiyanın 300%-ə çatdığını iddia edib.
Müsahibədən digər vacib məqamlar:
Hərbi ehtiyatlar və Ukrayna: ABŞ-nin döyüş sursatı ehtiyatlarında problem olmadığını deyən Tramp, stokların azalmasında Co Bayden administrasiyasını ittiham edib. O, Baydenin Ukraynaya 300 milyard dollar dəyərində hərbi dəstək verdiyini, öz administrasiyasının isə hərbi texnika və sursatları Aİ-yə satdığını, Aİ-nin isə bunları Ukraynaya yönəltdiyini qeyd edib.
Çin və Energetika: ABŞ-nin hərbi və texnoloji baxımdan Çindən çox irəlidə olduğunu deyən Tramp, ölkədəki külək turbinlərini ləğv etdiyini bildirib. O, bu avadanlıqların Çində istehsal olunduğunu, lakin Çinin özünün bunlardan istifadə etmədiyini iddia edib.
10 Avqust 2026