15:43 - 11.08.2026
11 avqust, Fineko/abc.az. 2026-cı ilin I yarısının nəticələrinə əsasən, "Xalq Sığorta" ASC-nin aktivləri və balans kapitalı kiçilib, xərcləri isə artım nümayiş etdirib.
İyulun 1-nə şirkətin aktivləri illik müqayisədə 2,3% azalaraq 92,198 milyon manata, balans kapitalı isə 4,3% azalaraq 60,379 milyon manata düşüb. Hesabat dövründə "Xalq Sığorta"nın xərcləri 12,2% artaraq 13,266 milyon manata çatdığı halda, öhdəlikləri 1,8% artımla 31,82 milyon manat olub. Şirkət yanvar-iyun aylarında 425 min manat mənfəət vergisi ödəyib.
Gəlirlərin 15% artaraq 18,027 milyon manata çatması fonunda şirkət I yarımili 4,336 milyon manat xalis mənfəətlə (ötən ilin eyni dövründə 3,852 milyon manat) başa vurub.
Arayış üçün qeyd edək ki, 2004-cü ildə təsis edilən "Xalq Sığorta" ASC 58,75 milyon manat nizamnamə kapitalına malikdir. Şirkətin səhmləri bərabər payla (hərəsi 50%) "İdeal Business Co." MMC və "Euro Standard" MMC-yə məxsusdur. © Report
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026