Qırğızıstanda Rusiya ilə birgə tikilən Günəş stansiyasının ilk mərhələsi istifadəyə verilir

14:24 - 11.08.2026


11 avqust, Fineko/abc.az. Qırğızıstanda Rusiya ilə əməkdaşlıq çərçivəsində gücü 100 MVt olan ilk Günəş Elektrik Stansiyasının (GES) birinci mərhələsinin sentyabr ayına qədər istifadəyə verilməsi planlaşdırılır.

Qırğızıstanın energetika naziri Altınbek Rısbekov bildirib ki, ümumi gücü 300 MVt olacaq stansiyanın ikinci mərhələsi 2027-ci ildə istismara veriləcək.

Həmçinin "Rosatom"un strukturuna daxil olan "NovaVind" şirkəti Qırğızıstanda Külək Elektrik Stansiyası (KES) layihəsini həyata keçirir. Artıq avadanlıqların bir hissəsi Balıkçı şəhərinə çatdırılıb.

Nazir ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisinin də perspektivli istiqamət olduğunu, lakin bunun üçün ilk növbədə kadr bazasının yaradılmasının vacibliyini vurğulayıb.