Bakıda torpaq və yeni tikili mənzillər bahalaşıb, kommersiya obyektləri uculaşıb

15:29 - 11.08.2026


11 avqust, Fineko/abc.az. Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin iyul ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb. Nəticələrə əsasən, pazarda vahid qiymət trendi formalaşmayıb, dinamika seqmentlər üzrə kəskin fərqlənib.

Əsas seqmentlər üzrə göstəricilər:

  • Torpaq bazarı: Ən yüksək qiymət artımı Bakının torpaq bazarında qeydə alınıb. İndeks aylıq 4% artaraq 122,8 bəndə çatıb (orta qiymət: 18 817 manat/sot).

  • Yeni tikili mənzillər: Satış bazarının ən likvid seqmenti olaraq qalıb. İndeks aylıq 1,7% artaraq 106,5 bəndə yüksəlib (orta qiymət: 2 851 manat/m²). Median satış müddəti 20,6 gün təşkil edib.

  • Köhnə tikili mənzillər: Qiymətlər sabit xarakter alıb. İndeks aylıq 0,2% azalaraq 103,8 bəndə düşüb (orta qiymət: 2 627,8 manat/m²).

  • Fərdi yaşayış evləri: İndeks aylıq 3,4% azalaraq 101,1 bənd təşkil edib.

  • Kommersiya obyektləri və qarajlar: Ən kəskin korreksiya bu sahədə müşahid olunub. Kommersiya indeksi 7,5% azalaraq 97,0 bəndə düşüb, qaraj indeksi isə 5,1% azalıb (105,0 bənd).

  • İcarə bazarı: Yeni tikililərin kirayə indeksi 3,2% (97,8 bənd), fərdi evlərin icarə indeksi 1,8% (109,5 bənd), kommersiya obyektlərinin icarə indeksi isə 7,4% (97,1 bənd) azalıb.

Analitiklər növbəti aylarda torpaq və yeni tikili mənzil seqmentlərində artım tempinin müəyyən qədər səngiməsini, köhnə tikililərdə qiymətlərin sabit qalacağını, kommersiya və qaraj sahəsində isə qiymətlərin gəlirliliyə daha həssas olacağını proqnozlaşdırırlar.