Mastercard” Şərqi Avropa, Yaxın Şərq və Afrika regionuna yeni rəhbər təyin edib

14:12 - 11.08.2026


11 avqust, Fineko/abc.az. "Mastercard" sentyabrın 1-dən etibarən Yasemin Bedirin Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionu üzrə prezident təyin olunduğunu elan edib. 81 ölkəni birləşdirən bu region strategiyasının idarə olunması BƏƏ-də məskunlaşacaq Y.Bedirə həvalə edilib.

Şirkətdə təxminən 20 illik təcrübəsi olan Bedir, eyni zamanda "Mastercard"ın İdarə Heyətinin üzvü olacaq. O, bu vəzifədə Kommersiya Ödənişləri üzrə Baş Direktor (Chief Commercial Payments Officer) təyin edilən Dimitrios Dosisi əvəzləyib.

Qeyd edək ki, 2007-ci ildən "Mastercard"da çalışan Yasemin Bedir əvvəllər Türkiyə və Azərbaycan üzrə baş menecer, Şimali Amerika bazarlarında vitse-prezident və son 4 ildə Şərqi Avropa bölməsinin prezidenti vəzifələrini icra edib.