06:00 - 10.08.2026
10 avqust, Fineko/abc.az. Türkiyənin xarici işlər naziri Hakan Fidan gündəmdəki mövzularla bağlı vacib bəyanatlarla çıxış edib. Nazir Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Razılaşmasının texniki baxımdan NATO Müqaviləsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi ilə eyni mahiyyət daşıdığını bildirib.
"Texniki olaraq eynidir. Zatən buna görə təhlükəsizlik paktı yaradırsınız. Ölkələr bir-birinin müdafiə dəstəyindən faydalanmaq üçün belə bir ittifaqa qoşulmaq qərarı alırlar", - deyə Hakan Fidan vurğulayıb.
XİN rəhbəri əlavə edib ki, bu razılaşma hər hansı bir dövlətə qarşı yönəlməyib və Türkiyəyə hücum etməyən heç bir ölkə hədəfdə deyil.
O, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın ekspansionist siyasət yürütmədiyini, öz sərhədləri daxilində inkişafla məşğul olan və yaxşı qonşuluq münasibətləri vasitəsilə regiona töhfə verməyə çalışan dövlətlər olduğunu qeyd edib.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026