Hörmüz boğazı tezliklə açıla bilər – İran XİN başçısı

14:21 - 11.08.2026


11 avqust, Fineko/abc.az. İranın Xarici İşlər Naziri Abbas Əraqçı Hörmüz boğazının açılması ilə bağlı sazişin "yekun mərhələdə" olduğunu bəyan edib. Bununla belə, o vurğulayıb ki, ABŞ müəyyən tələbləri yerinə yetirməyənədək boğaz açılmayacaq.

İran diplomatı bildirib ki, tərəflər arasında birbaşa danışıqlar aparılmır və mesaj mübadiləsi vasitəçilər üzərindən həyata keçirilir.

Boğazın fəaliyyətinin bərpası həmçinin ABŞ-nin Tehrana edəcəyi kompensasiya ödəmələrindən asılıdır. "Wall Street Journal"ın məlumatına görə, təzminat məbləği hər müzakirədə daha da artır və bu durum Donald Trampı əlverişsiz mövqeyə salır.