Hörmüz boğazında gərginlik və dron hücumları fonunda neft qiymətləri 3 dollardan çox bahalaşıb

23:43 - 6.08.2026


6 avqust, Fineko/abc.az. İran parlamentinin komissiyasında ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçməsinə qadağa qoyulmasını və qaydaları pozanların yükünün 20%-dək cərimələnməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsi barədə xəbərlərdən sonra neft qiymətləri 3 dollardan çox artaraq günü yüksəlişlə bağlayıb.

"Brent" markalı neftin fyuçersləri 3,04 dollar (3,83%) artaraq barrel üçün 82,49 dollara, ABŞ-ın WTI nefti isə 2,07 dollar (2,75%) bahalaşaraq 77,29 dollara çatıb.

Yaxın Şərqdə gərginliyin artması ilə yanaşı, husilərin Qırmızı dənizdə və Ədən körfəzində Səudiyyə Ərəbistanına məxsus tankerlərə və hərbi mövqelərə raket və PUA hücumları təşkil etməsi də bazar narahatlığını gücləndirib. Digər tərəfdən, Rusiyanın Yaroslavl vilayətində yerləşən iri neft emalı zavodunun Ukraynanın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalması və müəssisədə yanğının baş verməsi də enerji tədarükündəki qlobal geoloji riskləri diqqət mərkəzində saxlayır.