07:32 - 7.08.2026
7 avqust, Fineko/abc.az. ABŞ-ın məşhur dəb evi "Ralph Lauren" cari maliyyə ilinin birinci rübünə dair maliyyə hesabatını açıqlayıb.
Şirkətin rüblük gəliri 14% artaraq 1,96 milyard dollara çatıb ki, bu da analitiklərin 1,87 milyard dollar olan gözləntilərini geridə qoyub. Şirkətin səhm başına düzəliş edilmiş mənfəəti isə proqnozlaşdırılan 4,32 dollar əvəzinə 4,59 dollar təşkil edib. Qənaətbəxş göstəricilər və illik gəlir proqnozunun qaldırılması fonunda brendin səhmləri hərraclarda təxminən 7% dəyər qazanıb.
Maliyyə uğurlarının əsas hərəkətverici qüvvəsi Asiya və Şimali Amerika bazarlarında gənc alıcılar tərəfindən yüksək seqmentli kolleksiyalara olan kəskin tələbat olub. Rüb ərzində Asiyada satışlar 24% (o cümlədən Çində 40%-dən çox), Şimali Amerikada isə 13% artıb.
Avropada isə İran müharibəsi və makroiqtisadi qeyri-müəyyənliyin turizmə mənfi təsiri səbəbindən satış artımı 7%-ə qədər yavaşlayıb.
8 Avqust 2026
8 Avqust 2026