14:56 - 6.08.2026
6 avqust, Fineko/abc.az. Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi üzrə işlər əsas tikinti mərhələsindən istismar sınaqları və işəsalınmaya hazırlıq mərhələsinə keçib. Layihənin 2026-cı ilin üçüncü rübündə dövlət elektrik şəbəkəsinə ilk qoşulması nəzərdə tutulur.
Sərmayə dəyəri 230 milyon dollar olan STEL layihəsi terminalın “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Layihə Cəbrayıl rayonunda tikilən 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası ilə "virtual enerji ötürmə mexanizmi" vasitəsilə inteqrasiya olunacaq. Proqnozlara əsasən, bu iki layihə terminalın gələcək istismarı zamanı yaranan emissiyaların 50 faiz azaldılmasına imkan verəcək.
Layihənin 1-ci mərhələsinin 2027-ci ilin ortalarında, 2-ci mərhələsinin isə 2028-ci ilin sonunadək başa çatması planlaşdırılır. Elektrikləşdirmədən sonra hazırda işləyən 7 qaz turbini mərhələli şəkildə demontaj ediləcək və azad olunan yanacaq qazı ixraca yönəldiləcək.
8 Avqust 2026
8 Avqust 2026