16:02 - 3.08.2026
3 avqust, Fineko/abc.az. Böyük Britaniyanın "Shell" energetika şirkəti Avropadakı qurudakı bərpa olunan enerji portfelini Fransanın "TotalEnergies" şirkətinə satmaq üçün müqavilə imzalayıb.
Sövdələşmə çərçivəsində "Shell"in Avropadakı quru bərpa olunan enerji fəaliyyəti "TotalEnergies"ə təhvil veriləcək. Satın alınan portfelə əsasən İtaliya və Niderlandda yerləşən, istismarda olan və ya tikintisi davam edən təxminən 500 meqavatlıq günəş və külək elektrik stansiyaları daxildir. Anlaşma, həmçinin İtaliya, Böyük Britaniya və İspaniyada işlənmə mərhələsində olan 3,5 giqavatlıq günəş, külək və batareya saxlanması layihələrini də əhatə edir.
Tənzimləyici qurumların təsdiqindən asılı olan əməliyyatın ilin sonunadək yekunlaşması və portfelin tam olaraq "TotalEnergies"in nəzarətinə keçməsi gözlənilir.
8 Avqust 2026
8 Avqust 2026