20:46 - 31.07.2026
31 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Bank BTB" ASC-nin müraciəti əsasında onun bank lisenziyası ləğv olunub. Bankın bazasında yaradılmış "T-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Bununla da ölkədə fəaliyyət göstərən BOKT-ların sayı 53-ə çatıb.
Yenidən təşkil prosesi çərçivəsində "Bank BTB" ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) arasında aktiv və passivlərin ötürülməsi haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, bankın aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla başa çatıb:
Əmanətlər və depozitlər: "Bank BTB" müştərilərinin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən tam şəkildə ABB-yə keçirilib. Müştərilərin vəsaitlərinə sərbəst çıxışı təmin edilib.
Kredit portfeli: Kredit borcu olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri saxlanılmaqla ABB-yə ötürülüb.
Bununla da "Bank BTB"nin BOKT-a çevrilməsi prosesi yekunlaşıb. Yeni yaradılan "T-Kredit" BOKT fəaliyyətini Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 9 ünvanında davam etdirəcək.
8 Avqust 2026
8 Avqust 2026