Qiyməti 1250 manatdan başlayan avtomobillər satışa çıxarılır

16:42 - 3.07.2026


3 iyul, Fineko/abc.az. 11 avqust 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Qeyd olunur ki, 1-4-cü sətirdə olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır. 5-6-cı sətirdə olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır. 7-21-ci sətirdə olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından almaq olar.