Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

14:25 - 3.07.2026


3 iyul, Fineko/abc.az. Azərbaycanda unun topdansatış qiymətləri bahalaşıb. 

Bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. 

Məlumata görə, ölkə üzrə unun topdansatış qiyməti 26,5 – 29,4 manat arasında dəyişir.

Unun ən bahalı topdansatış qiyməti "Azeri-Arapoğlu U.S.və T.LTD" BM şirkətinə məxsus olub. 50 kiloqramlıq unun topdansatış qiyməti 29,4 manat təşkil edib.

Unun ən ucuz topdansatış qiyməti isə 50 kiloqramlığı 26,5 manat olmaqla "Dəvəçi-Taxıl" MMC-ə məxsus olub.

Bəzi un markalarının topdansatış qiyməti aprel ayı ilə müqayisədə bahalaşıb. Aşağıda unun topdansatış qiymətinin aprel ayının altısı ilə iyul ayının ikisi arasında olan fərq göstərilib.

“Hazartürk LTD” MMC 27,5 manatdan 28,5 manata – 1 manat bahalaşma

“Skt Agro” MMC 27,5 manatdan 28,5 manata – 1 manat bahalaşma

“Avrora” MMC 27,6 manatdan 28,5 manata - 90 qəpik bahalaşma

F/Ş Cəfərli Tural 27,6 manatdan 28,5 manata - 90 qəpik bahalaşma

“Anadoluqida” MMC 27,8 manadan 28,6 manata – 80 qəpik bahalaşma

“Aveta” MMC 27,8 manatdan 28,6 manata - 80 qəpik bahalaşma

“Azeri-Arapoğlu U.S.və T.LTD” BM 28,6 manatdan 29,4 manata - 80 qəpik bahalaşma

“Bakı Taxıl Terminalı” MMC 27,7 manatdan 28,5 manata - 80 qəpik bahalaşma

“Dəniz un sənayesi LTD” MMC 27,7 manatdan 28,5 manata - 80 qəpik bahalaşma

“Gəncə Dəyirman” MMC 28 manatdan 28,8 manata - 80 qəpik bahalaşma

“Karat Holdinq” MMC  (Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi 13) 27,7 manatdan 28,5 manata - 80 qəpik bahalaşma

“Karat Holdinq” MMC  (Şəki rayonu, Göybülaq kəndi) 27,8 manatdan 28,6 manata - 80 qəpik bahalaşma

“Karmen” MMC 27,7 manatdan 28,5 manata - 80 qəpik bahalaşma

Qeyd edək ki, yalnız “ATS Mill” MMC-yə məxsus unun topdansatış qiyməti dəyişməyərək 28 manat təşkil edib.