Auditorlar Palatası daha iki audit təşkilatına lisenziya verib

15:12 - 25.06.2026


25 iyun, Fineko/abc.az. Azərbaycan Auditorlar Palatası daha iki audit təşkilatına fəaliyyət göstərmək üçün lisenziya verib.

ABC.AZ xəbər verir ki, “İntex Audit” MMC-yə audit xidməti fəaliyyəti üçün AT/120 nömrəli müddətli lisenziya təqdim olunub. Lisenziya 9 iyun 2026-cı il tarixindən 10 iyun 2031-ci il tarixinədək qüvvədə olacaq. Şirkətin direktoru Əliyev Ruhin Ramiz oğludur.

Bununla yanaşı, “AUDİT AND ASSURANCE CENTER” MMC də audit fəaliyyəti üzrə AT/377 nömrəli lisenziya əldə edib. Lisenziyanın qüvvədəolma müddəti 16 iyun 2026-cı ildən 16 iyun 2031-ci ilədək müəyyənləşdirilib. Şirkətə Osmanov Fərid İlhamoviç rəhbərlik edir.

Məlumata görə, hər iki şirkətin auditorlarına da müvafiq sertifikatlar təqdim edilib.