15:24 - 24.06.2026
24 iyun, Fineko/abc.az. Avropa İttifaqına (Aİ) üzv olduqdan sonra Mərkəzi və Şərqi Avropa dövlətlərinin pensiya fondları və mexanizmləri istiqamətində ciddi inkişaf müşahidə edilib.
ABC.AZ xəbər verir ki, bunu "Richter Pharma" Pensiya Fondunun icarçı direktoru, "Pensions Europe" Mərkəzi və Şərqi Avropa Ölkələri Forumunun (CEEC Forum) sədri Csaba Nagi XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
İttifaqa inteqrasiyanın vətəndaşların yaşayış tərzinə ciddi təsir göstərdiyini vurğulayan C.Nagi əlavə edib:
"Düşünün ki, bizim yerli qanunvericilik bazamız, pensiya fondlarını tənzimləyən öz qaydalarımız mövcud idi. Lakin üzvlükdən sonra yeni bir qanunvericilik pilləsi yarandı. Avropa qanunlarının tətbiqi zamanı fərqli pensiya fondlarının strukturu və xüsusiyyətlərinə görə bəzən yanlış tərcümələr və digər qurumların məhsullarının dərk edilməsində anlaşılmazlıqlar yaranırdı".
Müəllif: Elmir Muradov
25 İyun 2026
24 İyun 2026