Sosial və tibbi sığorta daxilolmaları üzrə proqnozlar üstələnib — Hesabat

17:25 - 6.08.2026


6 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar–iyul aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozu 229,4 milyon manat üstələyərək 4 milyard 37,3 milyon manata çatıb. Bunun 2 milyard 687,2 milyon manatdan çoxu qeyri-büdcə təşkilatlarının payına düşüb.

Həmçinin, işsizlikdən sığorta haqları üzrə daxilolmalar 143,5 milyon manat (proqnozdan əlavə 6,8 milyon manat), icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 606,8 milyon manata yaxın (proqnozdan əlavə 15,6 milyon manat) təşkil edib.

Qeyri-büdcə təşkilatları üzrə ödənişlər müvafiq olaraq 110,2 milyon manata və 402,4 milyon manata yaxın olub.