17:02 - 11.08.2026
11 avqust, Fineko/abc.az. "PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin I yarısını 27,671 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur.
Maliyyə hesabatının əsas göstəriciləri:
Ümumi gəlirlər: İllik müqayisədə 24,5% artaraq 410,327 milyon manat olub.
Ümumi xərclər: 26,05% artaraq 375,214 milyon manat təşkil edib.
Mənfəət vergisi: Hesabat dövründə 7,442 milyon manat (0,85% çox) mənfəət vergisi ödənilib.
Cəmi aktivlər: İyulun 1-nə aktivlər 1,6% azalaraq 840,604 milyon manata düşüb.
Öhdəliklər və Kapital: Şirkətin öhdəlikləri 1,4% azalaraq 731,252 milyon manat, balans kapitalı isə 3,2% azalaraq 109,352 milyon manat olub.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026