"İpək Yolu Sığorta"nın xalis mənfəəti 14,5% azalıb

17:02 - 10.08.2026


10 avqust, Fineko/abc.az. "İpək Yolu Sığorta" ASC bu ilin I yarısını 750 min manat xalis mənfəətlə başa vurub. Şirkətin maliyyə hesabatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% azdır.

Əsas maliyyə göstəriciləri:

  • Gəlirlər: 7,823 milyon manat (illik 6,5% artım)

  • Xərclər: 6,886 milyon manat (10,2% artım)

  • Mənfəət vergisi ödənişləri: 187 min manat (14,6% azalma)

Bu il iyulun 1-nə sığorta şirkətinin aktivləri illik müqayisədə 5% artaraq 20,218 milyon manata, öhdəlikləri isə 27,3% artımla 5,048 milyon manata çatıb. Şirkətin balans kapitalı isə 0,8% azalaraq 15,17 milyon manat təşkil edib.

Xatırladaq ki, "İpək Yolu Sığorta" ASC-nin nizamnamə kapitalı 14,77 milyon manatdır. Səhmlərin 96,5%-i "ASG Business Aviation" MMC-yə, 3,5%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsusdur.

© Report