16:41 - 30.07.2026
30 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) daha 3 xarici şirkəti xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, bunlar, Böyük Britaniyaya məxsus "Ardonagh Specialty Limited", Latviyaya məxsus "Marine Underwriting Services SlA", eləcə də "CIB Georgia Insurance Broker LLC"dir. Bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 101-ə çatıb.
Bundan əvvəl ötən ilin iyul ayında Qazaxıstanın "Marsh" və "Aon" sığorta brokerləri şirkəti sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026