AYNA buna görə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb

14:45 - 23.06.2026


23 iyun, Fineko/abc.az. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) respublika ərazisində yollarda nişanlanma işlərinin satınalması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

ABC.AZ xəbər verir ki, tenderin qalibi “STP-BTECH” MMC seçilib.

Qalib şirkətlə 29.42 milyon manat dəyərində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur.

Layihə çərçivəsində ölkə üzrə yol hərəkətinin təşkili və təhlükəsizliyinin artırılması məqsədilə yol nişanlarının, məlumat lövhələrinin, təhlükəsizlik sədlərinin və digər yol infrastruktur elementlərinin alınması, quraşdırılması, təmiri və texniki xidməti həyata keçiriləcək.