Dünya bazarında "Azeri Light" neftinin qiyməti 3,6%-dən çox artıb

10:15 - 20.06.2026


20 iyun, Fineko/abc.az. Dünya bazarlarında keçirilən son hərracların nəticələrinə görə, Azərbaycanın xam neftinin qiymətində kəskin artım qeydə alınıb.

ABC.AZ xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,89 dollar və ya 3,61% artaraq 82,95 dollar təşkil edib.

Arayış: "Azeri Light" markalı Azərbaycan neftinin tarixdə qeydə alınan ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.