ABŞ-nin sərt tarif bəyanatları dolları ucuzlaşdırıb – AMB-nin qlobal bazar təhlili

21:30 - 12.06.2026


12 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının illik hesabatında ABŞ və Avropadakı pul siyasəti qərarlarının, habelə geosiyasi reallıqların qlobal maliyyə bazarlarına təsiri təhlil edilib.

ABC.AZ hesabata istinadən xəbər verir ki, hesabat ilində qlobal bazarlarda yüksək qeyri-müəyyənlik hökm sürüb.

  • Tarif siyasətinin mənfi təsiri: ABŞ prezident administrasiyasının sərt tarif siyasəti ilə bağlı bəyanatları həm qlobal, həm də ABŞ iqtisadiyyatında artım tempinin zəifləyəcəyi narahatlığını doğurub. Bu amil qeyri-müəyyənliyi artıraraq dolların beynəlxalq birjalarda dəyərdən düşməsinə (ucuzlaşmasına) səbəb olub.

  • Mərkəzi bankların ehtiyatlı davranışı: İl ərzində inflyasiyanın səngiməsi fonunda ABŞ Federal Ehtiyat Sistemi (FED) və Avropa Mərkəzi Bankı (AMB) pul siyasətini yumşaldaraq faiz dərəcələrini aşağı salsalar da, inflyasiyanın hələ də hədəfdən yuxarı qalması onları qərarlarında son dərəcə ehtiyatlı davranmağa vadar edib. AMB-nin valyuta ehtiyatları məhz bu mürəkkəb geoiqtisadi reallıqlar şəraitində idarə olunub.