15:43 - 10.06.2026
10 iyun, Fineko/abc.az. Beynəlxalq təşkilatlar və birinci dərəcəli müxbir banklar üçün ölkə riskini artıran əsas amillərdən biri hesab olunur.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Monitorinqi Siyasəti və Tənzimləmə Departamentinin direktoru Zaur Hacılı Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
Yeni tənzimləmə strategiyası innovativ həllərin təhlükəsiz şəraitdə inkişaf etdirilməsini əsas məqsəd kimi müəyyən edir.
O qeyd edib ki, regionumuzda fəaliyyət göstərən tənzimləyici və nəzarət qurumlarında artıq nadir təcrübələr yaranıb:
"Böyük həcmli verilənlər, yəni "big data" xarakterli məlumatlar toplanır və onların əl ilə analiz edilməsi praktiki baxımdan qeyri-mümkündür. Məhz buna görə nəzarət qurumları artıq geniş miqyasda "suptech" (supervisory technology) texnologiyalarını tətbiq etməyə başlayıblar.
Paralel olaraq, müşahidə olunur ki, müasir innovativ həllər sürətli templə inkişaf edir və əsas hədəf bu texnologiyalara məhdudlaşdırmalar qoymaq deyil. Başlıca prioritet onların təhlükəsiz mühitdə irəliləyişini təmin etməkdir. Xüsusilə kiberhüquq pozuntuları, çirkli pulların yuyulması kimi təhdidlərə qarşı ciddi diqqət göstərilir. Bundan əlavə, istehlakçı və investor hüquqlarının qorunması da əsas istiqamətlərdən birini təşkil edir. Nəzarət qurumları tərəfindən xüsusi tənzimləmə rejimlərindən istifadə edilir və yeni texnologiyalar bu çərçivədə sınaqlardan keçirilir. Bu metod ölkəmizdə innovasiyaların həyata keçirilməsi və inkişafı üçün münasib şərait formalaşdırır".
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
8 İyun 2026