15:06 - 3.06.2026
3 iyun, Fineko/abc.az. Hindistan Ehtiyat Bankı (HEB) Bloomberg Economics-in 12 milyard dollarlıq qızıl satışı barədə məlumatının həqiqətə uyğun olmadığını rəsmən bəyan edib.
ABC.AZ xəbər verir ki, hesabatlara əsasən, aprel ayında bankın fiziki qızıl ehtiyatları 880,52 ton səviyyəsində sabit qalıb.
Bununla yanaşı, tənzimləyici ehtiyatlarda qızılın payını artırmağa davam edir (martın sonuna olan məlumata görə 16,7%-ə qədər) və külçələri aktiv şəkildə ölkəyə qaytarır: hazırda ehtiyatların 77%-i daxili anbarlarda saxlanılır (sentyabrda 66% idi).
3 İyun 2026
3 İyun 2026