Dünyanın ən varlı ailələri dollara yatırımları azaldır

15:46 - 1.06.2026


1 iyun, Fineko/abc.az. Dünyanın varlı ailələri geosiyasi risklər və ABŞ-ın dövlət borcunun artması fonunda dollar aktivlərinə yatırımları azaldır.

ABC.AZ xəbər verir ki, bu barədə UBS Reuters-in araşdırmasına istinadən məlumat yayıb.

Ailə ofislərinin təxminən üçdə ikisi dolların ehtiyat valyuta kimi etibarının azalacağını gözləyir. Demək olar ki, yarısı portfellərinin dollardan həddindən artıq asılı olduğunu hesab edir.

İnvestorlar inkişaf etməkdə olan bazarlara və infrastruktur layihələrinə yatırımları artırmağı, eyni zamanda daşınmaz əmlakın payını azaltmağı planlaşdırır. Əsas risk kimi geosiyasi qeyri-sabitlik göstərilir, buna görə də müxtəlif yurisdiksiyalar üzrə diversifikasiya daha aktiv tətbiq olunur. Sorğuda orta sərvəti 2,7 milyard dollar olan 307 müştəri iştirak edib.