10:40 - 26.05.2026
26 may, Fineko/abc.az. İran ABŞ-ın Fars körfəzi regionunda İran obyektlərinə endirdiyi zərbələrdən sonra iki ölkə arasında artan gərginlik fonunda neft qiymətlərinin bir barel üçün $200-a qədər yüksələ biləcəyi barədə xəbərdarlıq edib.
ABC.AZ xəbər verir ki, o bildirib ki, ABŞ hökuməti “dəfələrlə yalnız güc dilini başa düşdüyünü nümayiş etdirib”.
"Amerikalılar bölgəmizdəki hərbi sərgüzəştlərini davam etdirdikləri müddətcə heç bir razılaşma əldə edilməyəcək", — İranın “Xatəm əl-Ənbiyə” HHM mərkəzi qərargahının rəsmi nümayəndəsi Ebrahim Zolfoqari X sosial şəbəkəsində yazıb.
“O zaman $200-luq neftə ‘salam’ deyin”, — o əlavə edib.
Xəbərdarlıq ABŞ-ın İranın cənubundakı obyektlərə zərbələr endirməsi ilə bağlı məlumatlar fonunda səsləndirilib. Hədəflər arasında raket buraxılış qurğuları və ehtimal ki, Hörmüz boğazında mina yerləşdirən katerlər olub. Fox News-un CENTCOM-a istinadən verdiyi məlumata görə, iki İran kateri mina yerləşdirərkən yaxalanıb.
Bu fonda Brent markalı neftin qiyməti 2%-dən çox artaraq $95-dən yuxarı qalxıb. Həftənin əvvəlində isə ABŞ və İran arasında mümkün razılaşma gözləntiləri fonunda qiymətlər təxminən 3% enmişdi.
8 Avqust 2026
8 Avqust 2026