QatarEnergy və ortaqları Suriya şelfində kəşfiyyat haqqında razılaşma imzalayıblar

14:31 - 13.05.2026


13 may, Fineko/abc.az. QatarEnergy, TotalEnergies, ConocoPhillips və Syrian Petroleum Company Suriya kontinental şelfində neft və qaz kəşfiyyatı üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.

ABC.AZ xəbər verir ki, tərəflər Şərqi Aralıq dənizinin Levantin hövzəsində yerləşən 3 nömrəli blokun texniki qiymətləndirilməsini həyata keçirəcək. Nəticələr layihə üzrə gələcək texniki və kommersiya qərarlarının əsası olacaq. Memorandum Dohada, QatarEnergy-nin baş ofisində imzalanıb.