16:42 - 7.04.2026
7 aprel, Fineko/abc.az. Çin Xalq Bankı mart ayında rekord həcmdə — 160 min troy unsiyasından çox (təxminən 5 ton) qızıl alıb ki, bu da son bir ilin maksimum göstəricisidir.
ABC.AZ xəbər verir ki, bu, mart ayında qızılın qiymətinin 12% azalması ilə bağlıdır. Bu, 2008-ci ildən bəri ən pis aylıq göstəricidir.
Bloomberg yazır ki, enişə Yaxın Şərqdəki münaqişə səbəb olub. Qiymətlərə əlavə təzyiq isə digər aktivlər üzrə zərərləri kompensasiya etməyə çalışan investorların qızıl satışları nəticəsində yaranıb.
Çin Mərkəzi Bankı artıq 17 aydır ardıcıl olaraq qızıl ehtiyatlarını artırır.
Aprelin 7-də qızılın qiyməti bir unsiya üçün 4690 dollardan yuxarı olub. Yanvarın sonunda isə bu göstərici tarixi maksimuma — təxminən 5600 dollara çatmışdı.
8 Avqust 2026
8 Avqust 2026